Maliyyə Nazirliyi sığorta agenti kimi fəaliyyət göstərən 63 fiziki şəxsə verilmiş müddətsiz lisenziyaları dayandırıb. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında məlumat verilir.
“Lisenziyalar həmin şəxslərin hesabatlılıqla bağlı Maliyyə Nazirliyinin təqdimatlarına riayət etməməsi səbəbindən nazirliyin müvafiq əmri ilə 3 sentyabr 2015-ci il tarixindən 3 ay müddətinə dayandırılıb”, - deyə məlumatda bildirilir.