Gəncədəki İmamzadə dini-memarlıq kompleksində aparılan təmir və yenidənqurma işlərinin 2 aya yekunlaşdırılması nəzərdə tutulur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
"Mərasim zalında və onun ətrafında abadlıq işləri gedir. Məsciddə interyer işləri tamamlanır. Layihəçilər də binaların daxilinə və xaricinə yekun baxış keçiririlər", – deyə “Gəncəkörpütikinti-2” Səhmdar Cəmiyyətinin iş icraçısı Rafiq Mehrəliyev bildirib.
2010-cu ildən aparılan işlər nəticəsində burada 42 metr hündürlüyündə 2 minarə, 2 namazgah və ziyarət zalı tikilib. Ərazidə qurbangan, ehsangah, mehmanxana və inzibati binalar da inşa olunub, 500 avtomobil üçün 2 dayanacaq yaradılıb.
V İmam Məhəmməd Bağırın oğlu İbrahimindəfn olunduğu İmamzadə kompleksində aparılan işlərin tamamlanması üçün 2015-ci il dövlət büdcəsində nəzərdə tutulan prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 4 mln. manat ayrılıb.
F. Mehdiyev