Yeni tədris ilində SABAH qruplarında təhsil alan tələbələrin sayı 1636 nəfərə çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyindən məlumat verilib.
SABAH qruplarına 2015/2016-cı tədris ili üçün aparılan qəbul nəticəsində 881 tələbə qəbul olunub. 2014/2015-ci tədris ili ilə müqayisədə baza ali təhsil müəssisələrinin sayı 7-dən 11-ə, ixtisasların sayı isə 34-dən 45-ə çatdırılıb.
Yeni tədris ili üçün yenilənən SABAH yataqxanasında 300-dən artıq tələbənin yerləşdirilməsi üçün şərait yaradılıb. Həmçinin yerli və xarici mühazirəçilərin iştirakı ilə təlimlərin keçirilməsi nəzərdə tutulub.
A.Zeydullayeva