2016-cı ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Şurasında Ermənistan sədrlik edəcək.
“2016-cı ildə sədrlik Ermənistan Respublikasına keçəcək”, - deyə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvada keçirilən brifinqdə ölkə başçısının KTMT-nin sammitində iştirak etmək üçün Tacikistana səfəri ərəfəsində bildirib.