Azərbaycan Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) vacib tərəfdaşıdır. Bunu jurnalistlərə cümə günü BƏƏ-nin Turizm və Abidələr üzrə Milli Şurasının nümayəndəsi, “Roadshow” nümayəndə heyətinin rəhbəri Xaled Bin Nəssar Bakıda açılan “Roadshow” sərgisi çərçivəsində söyləyib.
“Səfərimizin əsas məqsədi ölkələrimiz arasında əlaqələrin bundan sonra da inkişaf etdirilməsidir. Bildiyiniz kimi, Azərbaycan bizim üçün vacib tərəfdaşdır. Bununla yanaşı, biz, ölkəmizin mövcud turizm potensialını nümayiş etdirmək, eyni zamanda Azərbaycana gələn ərəb turistlərin sayının artmasına kömək etmək niyyətindəyik”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, nümayəndə heyətinə azərbaycanlı həmkarları ilə əlaqələr qurmaq istəyən bir sıra iri şirkətlərin nümayəndələri daxildir”, - deyə X.Nəssar bildirib.
“Biz həmçinin turizm sahəsində fikir mübadiləsi aparmaq və azərbaycanlı tərəfdaşlarımızla bu sahədə olan innovasiyalara dair mübadilə aparmaq niyyətindəyik”,- deyə X.Nəssar vurğulayıb.
F.İsazadə