Azərbaycan Avropa Komissiyasının nümayəndə heyətinin gələn həftə Bakıya planlaşdırılan səfərini təxirə salıb.Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Səfərin məqsədiAzərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair saziş üzrə ilkin müzakirələrin aparılması idi. Səfərin təxirə salınması Avropa Parlamentinin sentyabrın 10-da Azərbaycan haqqında qərəzli qətnamə qəbul etməsi ilə əlaqədardır.
“Ümumiyyətlə anti-Azərbaycan və anti-İslam meyllərinin güclü olduğu Avropa İttifaqı ilə əlaqələri yenidən nəzərdən keçirməliyik", - deyə XİN-in məlumatında deyilir.
Y.Əliyev