“Beynəlxalq Büdcə Əməkdaşlığı” QHT-nin “Açıq Büdcə İndeksi - 2015” hesabatına əsasən Azərbaycan üzrə Açıq Büdcə İndeksi 9 bal artaraq 51 bal təşkil edib. Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin məlumatında deyilir.
“Bu, dünya üzrə orta göstəricidən (45 bal) yüksəkdir”, - deyə məlumatda qeyd olunur.
Beləliklə, sorğuda iştirak edən ölkələr arasında Azərbaycanın mövqeyi 16 pillə yüksələrək 42-ci yerdə qərarlaşıb.
Beynəlxalq Büdcə Əməkdaşlığı 100-dən çox ölkədə büdcə prosesi zamanı hökumətin əsas büdcə sənədlərinin ictimaiyyət üçün əlçatanlığını və bu sənədlərin faydalı və əhatəli ola bilmə səviyyəsini 100 ballıq şkala ilə müəyyənləşdirir. Təşkilatın əvvəlki hesabatı 2012-ci ildə dərc edilib.
A.Axundov