Təhsil Nazirliyi məktəblilərin biliyinin qiymətləndirilməsi metodologiyasının dəyişdirilməsinə dair təklif hazırlayır. Bunu təhsil naziri Mikayıl Cabbarov bazar ertəsi Bakıda təhsil işçilərinin konfransında çıxışı zamanı söyləyib.
“Bu gün məktəb biliklərinin qiymətləndirilməsi 9-cu sinifin yekunlarına əsasən həyata keçirilir. Təhsil Nazirliyi biliklərin qiymətləndirilməsi metodologiyasının dəyişdirilməsinə dair təkliflər paketi işləyib hazırlayacaq. Bu, ibtidai təhsil və ya məsələn, 6-cı sinif başa çatdıqdan sonra imtahanların keçirilməsini nəzərdə tutur”,- deyə nazir qeyd edib.
Onun sözlərinə görə, burada məqsəd təhsil sistemindəki çatışmazlıqların aradan qaldırılması və təhsilin səviyyəsinin yüksəldilməsidir.
A.Zeydullayeva