Təhsil naziri Mikayıl Cabbarov respublikada orta təhsilin səviyyəsindən narazıdır.
“Bəlkə kimlərsə ölkədə orta təhsilin yaxşı səviyyədə olduğunu düşünür, mən isə orta təhsilin səviyyəsindən narazıyam”, - deyə M.Cabbarov Bakı şəhər təhsil işçilərinin illik konfransında çıxışı zamanı bildirib.
“Nazirliyin əməkdaşları qarşısında təhsilin keyfiyyətinin yüksəldilməsi üçün daha böyük vəzifələr durur. Əsas problem təhsil işçiləri və ictimaiyyət arasında fikir ayrılığının olmasıdır ki, bu da vahid fikrin formalaşması üçün lazımi alqoritmin olmaması deməkdir. Bu, yaxın illərdə bizm fəaliyyətimizin prioritet istiqamətini təşkil edəcək”,- deyə nazir qeyd edib.
A.Zeydullayeva