Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində korrupsiya ilə mübarizdə ictimaiyyətin böyük rol oynadığını qeyd edib.
“Təhsil Nazirliyi korrupsiya ilə iki əsas istiqamət üzrə mübarizə aparır: ictimaiyyətlə sıx əlaqə vasitəsi ilə ayrı-ayrı hadisələrə qarşı mübarizə - yəni vətəndaşların müraciəti əsasında, ikinci istiqamət isə vətəndaş-məmur ünsiyyətinin minimuma endirilməsidir. Məsələn, şagirdlərin birinci sinifə qəbulu üçün elektron sistem. Bu sistemə əsasən hər bir valideyn internet vasitəsi ilə arzu etdiyi məktəbə ərizə verib”, - deyə nazir bazar ertəsi jurnalistlərə bildirib.
Onun sözlərinə görə, müəllimlərin işə qəbulu və məktəb direktorlarının təyin edilməsini də buna nümunə göstərmək olar. “Biz bundan sonra da bu təcrübədən istifadə edəcəyik”, - deyə M.Cabbarov qeyd edib.
A.Zeydullayeva