Tarif Şurası Bakı-Sumqayıt elektrik qatarı üçün tarifləri müəyyənləşdirib. Bu barədə Tarif Şurasının məlumatında deyilir.
Şuranın qərarı ilə Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı 80 qəpik, aralıq stansiyalar üzrə isə şəhərdaxili və şəhərətrafı alternativ nəqliyyat vasitələri ilə sərnişindaşıma tarifləri və stansiyalararası məsafə nəzərə alınmaqla 20-70 qəpik arasında təsdiq edilib.
Dəmir yolu xəttində Almaniyanın “Stadler Rail Group” şirkətinin "Stadler Minsk" zavodunda istehsal olunmuş KISS markalı qatarlardan istifadə olunacaq.
Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarında sərnişindaşıma xidmətlərinin tarifləri
İstiqamətlərin adı |
Tariflər (ƏDV ilə, manatla) |
|
Bakı-Sumqayıt-Bakı qatarı |
||
Bakı - Sumqayıt |
0,80 |
|
Bakı - Biləcəri |
0,20 |
|
Bakı - Xırdalan |
0,30 |
|
Bakı - Keşlə |
0,20 |
|
Bakı - Koroğlu |
0,20 |
|
Bakı - Bakıxanov |
0,30 |
|
Bakı - Sabunçu |
0,30 |
|
Bakı - Zabrat |
0,40 |
|
Bakı - Pirşağı |
0,50 |
|
Biləcəri - Xırdalan |
0,20 |
|
Biləcəri - Sumqayıt |
0,60 |
|
Xırdalan - Sumqayıt |
0,40 |
|
Keşlə - Koroğlu |
0,20 |
|
Keşlə - Bakıxanov |
0,30 |
|
Keşlə - Sabunçu |
0,30 |
|
Keşlə - Zabrat |
0,40 |
|
Keşlə - Pirşağı |
0,50 |
|
Keşlə - Sumqayıt |
0,70 |
|
Koroğlu - Bakıxanov |
0,20 |
|
Koroğlu - Sabunçu |
0,30 |
|
Koroğlu - Zabrat |
0,30 |
|
Koroğlu - Pirşağı |
0,50 |
|
Koroğlu - Sumqayıt |
0,60 |
|
Bakıxanov - Sabunçu |
0,20 |
|
Bakıxanov - Zabrat |
0,20 |
|
Bakıxanov - Pirşağı |
0,40 |
|
Bakıxanov - Sumqayıt |
0,60 |
|
Sabunçu - Zabrat |
0,20 |
|
Sabunçu - Pirşağı |
0,40 |
|
Sabunçu - Sumqayıt |
0,50 |
|
Zabrat - Pirşağı |
0,30 |
|
Zabrat - Sumqayıt |
0,50 |
|
Pirşağı - Sumqayıt |
0,40 |
|
A.Axundov