Bank VTB (Azərbaycan) məktəbliləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edib və aztəminatlı ailələrdən olan 100 uşağa hədiyyələr təqdim edib. Uşaqlara çanta, iş dəftərləri, gündəlik, albom, qələm, karandaş və digər məktəb ləvazimatları hədiyyə edilib. VTB (Azərbaycan) tərəfindən məktəb dəstlərini 1-5-ci siniflərdə oxuyacaq şagirdlər alıb. Məktəbə ilk dəfə qədəm qoyanlar arasında sağlamlıq imkanları məhdud uşaqlar da var.
“Təhsil hər bir insanın uğurlu inkişafının əsasıdır. Hər bir uşağın məktəbə getməyi çox önəmlidir. Bank VTB (Azərbaycan) öz sosial siyasətində təhsilin dəstəyinə xüsusi yer ayırır və biz çox şadıq ki, bu şəkildə tədris prosesinə öz tövhəmizi verə bilirik. Mən bütün məktəbliləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik edir və onlara dərslərində uğurlar arzulayıram”- deyə, Bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.
Arayış üçün:
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və Baş ofis yanında Müştəri xidmətləri İdarəsi ilə təmsil olunub
Tel.: (012) 492 00 80 Faks: (012) 437 71 21 E-mail: gulchin.qadirova@vtb.az www.vtb.az |
ASC VTB (Azərbaycan)
Mətbuat xidməti