Bu gün Bakıda İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının açılış mərasimi olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verir.
Universitetin “Tibbi informatika və statistika” kafedrasının müdiri Andrey Gerasimovun agentliyin müxbirinə verdiyi məlumata görə, ilk 100 tələbə ali məktəbdə hələ ki, yeganə fakültə olan Müalicə fakültəsində təhsil alacaq.
Onun sözlərinə görə, Bakı filialında dərs deyəcək pedaqoqların yarısı yerli kadrlar, yarısı rusiyalı mütəxəssislərdir. Məzunlar ali məktəbi bitirdikdən sonra həm Azərbaycanda, həm də Rusiyada işləməyə imkan verən Rusiya diplomu alacaqlar.
Filialın açılış mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, RF səhiyyə naziri Veronika Skvortsova və başqaları iştirak ediblər.
Y.Əliyev