Avropa Şurası Parlament Assambleyasının (AŞPA) “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması” məsələsi üzrə məruzəçisi, britaniyalı Robert Valter 15-16 sentyabrda Dağlıq Qarabağa - təmas xəttinə fakt araşdırıcı səfər edəcək.
AŞPA-nın saytında yerləşdirilmiş məlumata görə,R.Valter Azərbaycanın nəzarətində olan ərazilərdə olacaq.
Təmas xəttinin digər tərəfinə səfər isə yaxın gələcəkdə gözlənilir.
R.Babayev