Benilüks Azərbaycanlılar Konqresinin tərkibində yeni təşkilatın fəaliyyətinə start verilib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat verir.
Cənubi Qafqaz üzrəAvropa Demokratiya və İnsan Haqları Fondu adı altında fəaliyyət göstərəcək yeni qurumun mənzil qərargahıNiderland Krallığının Haaqa şəhərindədir. Qurumda tanınmış siyasətçilərin, ictimai xadimlərin və cəmiyyətdə fəal olaninsanların birləşdirilməsi nəzərdə tutulur.
Cənubi Qafqaz üzrə Avropa Demokratiya və İnsan Haqları Fondunun müxtəlif ölkələrdə keçirilən seçkilərdə Beynəlxalq müşahidəçi qismində iştirakı, Avropadakı İnsan Haqlarıİnstitutları ilə geniş əməkdaşlığının qurulması, birgə layihələrin həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Benilüks Azərbaycanlıları Konqresi 2006-cı ildə Amsterdam şəhərində yaradılıb. Təşkilat Belçika, NiderlanD və Lüksemburqda fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarını özündə birləşdirir. Konqresin sədri Sahil Qasımovdur.
R.Babayev