Bakının Yasamal rayonunda iki piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
“Mercedes” markalı avtomobil paytaxt sakini Sədaqət Tağıyevanı və Lənkəran sakini Hikmət Babayevi vurub. Hər iki yaralı daha sonra Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.
Sürücü, paytaxt sakini Kamil Hacıyev Nizami Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Yasamal RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
C.Həmidov