SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Günəşli” yatağındakı 13 nömrəli dərin dəniz özülündən 352 nömrəli quyunu aparılmış geoloji tədbirdən sonra istismara verib. Bu barədə şirkətin mətbuat xidmətinin məlumatında deyilir.
Quyu 2850-2837 metr intervaldan sutkalıq 70 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
“Günəşli” yatağının dayazsulu hissəsi 1980-ci ildən işlənilir. Yataq SOCAR-ın bütün neft hasilatının 65%-ə qədərini təmin edir.