Oktyabrın 1-də Yekaterinburqda I Rusiya-Azərbaycan Gənclər İqtisadi Forumu keçiriləcək. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytında məlumat verilir.
Forum 30 sentyabr tarixində keçiriləcək VI Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində baş tutacaq.
Forumda Azərbaycandan və Rusiyanın bir çox regionlarından sahibkarlar iştirak edəcəklər”, - deyə məlumatda qeyd olunur.
Tədbir zamanı sahibkarlar işgüzar əlaqələr qurmaq üçün ikitərəfli görüşlər keçirəcəklər.
A.Əzizov