Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 16-na manatın dollara nisbətən rəsmi məzənnəsini sentyabrın 15-də qeydə alınmış 1,0476 manat/$1 səviyyəsinə qarşı 1,0478 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə Bakı Banklararası Valyuta Birjasının saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0191% ucuzlaşıb.
AMB sentyabrın 16-na manatın avroya nisbətən rəsmi məzənnəsini sentyabrın 15-də qeydə alınmış 1,1862 manat/1EUR səviyyəsinə qarşı 1,1830 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,2698% möhkəmlənib.
Sentyabrın 16-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi sentyabrın 15-də qeydə alınmış 0,0155 manat/1RUR səviyyəsinə qarşı 0,0157 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla nisbətən 1,2903% ucuzlaşıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov