Azərbaycan və Türkiyənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Feridun Sinirlioğlu arasında çərşənbə günü Bakıda baş tutmuş danışıqlar zamanı Suriya böhranı müzakirəyə çıxarılan məsələlər arasında olub. Bu barədə E.Məmmədyarov danışıqlardan sonra keçirilmiş brifinqdə məlumat verib.
“Bu, çox ciddi məsələdir. Azərbaycan bunu yaxşı başa düşür, çünki bizim də qaçqın və məcburi köçkünlərimiz var”, - deyən nazir əlavə edib ki, Türkiyədə 2 mln.-a yaxın suriyalı qaçqın məskunlaşıb.
Onun sözlərinə görə, Azərbaycan Suriyada münaqişənin tezliklə həll olunmasını istəyir.
“Biz münaqişələrin həll olunmasını və miqrantların öz evlərinə qayıtmasını istəyirik”,- deyə E.Məmmədyarov qeyd edib.
olunmasını istəyir.
R.Babaye
v