2015-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisi ticarət obyektlərindən 15 mlrd. 896,5 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 7 mlrd. 929,8 mln. manatlıq ərzaq (2014-cü ilin yanvar-avqust ayları ilə müqayisədə artım 9,4%), 7 mlrd. 966,7 mln. manatlıq qeyri-ərzaq malları (artım 14,4%) alıb.
2015-ci ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinə 4 mlrd. 424,4 mln. manat məbləğində xidmət göstərilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 6,2% çoxdur. Bununla yanaşı, bütün xidmətlərin 74,1%-i və ya 3 mlrd. 278,6 mln. manatlıq (artım 4,7%) xidmət hüquqi şəxslər tərəfindən göstərilib.