2015-ci ilin yanvar-avqust aylarında Azərbaycan iqtisadiyyatına xarici şirkətlərin və beynəlxalq maliyyə institutlarının investisiya qoyuluşları ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 44,7% - $4 mlrd. 473,6 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilir.
Hesabat dövründə 3 mlrd. 809 mln. manat və ya bütün investisiyaların 85,1%-i Böyük Britaniya, Türkiyə, Norveç, Rusiya, İran, ABŞ, Yaponiya və İsveç investisiyalarının payına düşüb.
İnvestisiyaların qalan həcmi digər ölkələrin şirkətlərinin və beynəlxalq təşkilatların payına düşüb.
A.Axundov