2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 169,5 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Cari ilin avqust ayında Azərbaycanda 130,3 min kvadratmetr mənzil istismara verilib.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 978,3 min kvadratmetr təşkil edib, bu isə 2013-cü ilin göstəricisindən 7,5% azdır.
A.Əzizov