Yardımlı rayonunun Urakərən kəndinə 20 illik fasilədən sonra yenidən qaz verilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Kənd birpilləli sistem əsasında qazlaşdırılıb. Bunun üçün 8,1 min metr metal boru və müxtəlif diametrli məhəllədaxili xətlər çəkilib. Həmçinin 122 abonent üçün sayğaclar və fərdi tənzimləyicilər quraşdırılıb.
Urakərən Yardımlı rayonunda qazlaşdırılmış 11-ci kənddir. Yaxın vaxtlarda Vərdəgüz və Bürzümbül dağ kəndlərinə də qaz veriləcək.
Urakərən kənd sakinlərinin sözlərinə görə, qışda onlar odundan istifadə edir, təxminən 30 kubmetr odun yandırırdılar.
Hazırda rayonda 2,2 min nəfərə yaxın sakin təbii qazdan istifadə edir.
G.Qənbərova