2015-ci ilin yanvar-avqust aylarında Azərbaycanda 311,9 mln. manat dəyərində tikinti materialları istehsal edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövrü ərzində respublikada 1 mln. 828,3 min ton sement (artım 15,1%), 127,4 min ton tikinti gipsi (artım 2%), 15,3 min kubmetr betondan yığma tikinti konstruksiyaları (azalma 23,9%), 245,1 min ton asfalt (azalma 8,7%) istehsal olunub.
Bundan başqa, 2015-ci ilin yanvar-avqust aylarında 7 min 667,9 ton emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatlar (artım 2,7 dəfə), 182,4 min kubmetr tikinti kərpici (azalma 0,3%), 683,7 min ton hazır beton qarışığı (azalma 40,3%) istehsal edilib.
A.Axundov