Cari ilin yanvar-avqust aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən 18 min 678 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin olunub. Bu barədə ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir.
Yanvar-avqust aylarında Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən əmək birjaları tərəfindən 2671 nəfər müvəqqəti xarakterli, o cümlədən birdəfəlik, qısamüddətli, mövsümi işlərə göndərilib.
Həmçinin DMX tərəfindən 62,67 min nəfərə gələcəkdə düzgün peşə seçiminə köməklik məqsədilə peşəyönümü məsləhətlər verilib.
R.Babayev