Rusiya Fövqəladə Hallar Nazirliyinin Donbasa humanitar yardım daşıyan avtomobil kolonları RF dövlət sərhədini keçərək Donetsk və Luqanska yola düşüblər.
“Matveyev-Kurqan və Donetsk buraxılış məntəqələrində müəyyən edilmiş qaydada humanitar yardımın gömrük qeydiyyatı başa çatıb. Bütün maşınlar sərhədi keçiblər, onların bir hissəsi Donetsk, qalanları Luqansk istiqamətində hərəkət edib”, - deyə cümə axşamı RF FHN-in mətbuat xidmətindən bildirilib.
Avtomobillər Don Xilasetmə Mərkəzindən çıxdıqdan sonra dövlət sərhədinə doğru yolda iki bərabər hissəyə bölünüblər.
100-dən çox avtomobillə Donbas sakinləri üçün ümumilikdə 1,2 min tondan artıq humanitar yardım aparılır. Yüklər əsasən ərzaq malları və dərs vəsaitlərindən ibarətdir.