Milli Məclisin deputatı, Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev Kanberra şəhərində Avstraliyanın Nümayəndələr Palatasının yeni seçilmiş sədri Entoni Smitlə görüşüb. Bu barədə parlamentin mətbuat xidməti məlumat verib.
Görüşdə müxtəlif sahələrdə, o cümlədən parlamentlərarası əlaqələrin inkişafı müzakirə olunub.
X.Fətiyev Milli Məclisin sədri Oqtay Əsədovun adından E.Smitə Azərbaycana dəvət məktubunu təqdim edib.Nümayəndələr Palatasının sədri dəvəti qəbul edib.
Millət vəkili səfər çərçivəsində Avstraliya parlamentinin Təhlükəsizlik Komitəsinin sədri Dan Tehan, ticarət naziri Endrü Robb və Avstraliya Universitetlər Birliyinin rəhbərliyi ilə də bir sıra görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında iqtisadi, ticarət əlaqələrinin genişləndirilməsi, elm, təhsil, tələbələrin mübadiləsi sahələrində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.
Bundan başqa, X.Fətiyev Avstraliya Dövlət Universitetində Azərbaycan guşəsinin açılış mərasimində iştirak edib.
R.Babayev