Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsinin tədbirlər planına uyğun olaraq Astara rayonunda növbəti əmək yarmarkası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Rayon Məşğulluq Mərkəzinin direktoru Zeynulla Şükürovun sözlərinə görə, bu tədbirin keçirilməsində əsas məqsəd əmək qabiliyyətinə malik olan işsizlərin işlə, eləcə də onların sosial müdafiəsinin təmin edilməsindən ibarətdir.
Əmək yarmarkasında 18 dövlət və 5 özəl müəssisədən 198 vakant iş yeri təqdim edilib. Bu iş yerlərində əmək haqqı 150-550 manat təşkil edir.
300 işsizdən 47-si daimi iş yerlərinə göndəriş alıb, 16 nəfər peşə hazırlığı kurslarına cəlb edilib.
G.Qənbərova