Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Gəncə Dövlət Universitetinin kafedra müdirinəFransanın Akademik Palma Ordenini təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
M.Orucov fransız dilinin təbliği və tədrisində əməyinə görə ordenlə təltif olunub.
“Azərbaycanda, qədim Gəncədə fransız dilinin öyrənilməsinə böyük maraq göstərilməsindən məmnunam. Xüsusilə Gəncə Dövlət Universitetində belə bir fakültənin olmasını yüksək dəyərləndirirəm. Bunda Məhərrəm Orucovun da əməyi danılmazdır”, – deyə P.Mönye bildirib.
Gəncə Dövlət Universitetində 1999-cu ildə yaradılan Fransız dili fakültəsində hazırda 110 tələbə təhsil alır. Onların fransız dilinə mükəmməl yiyələnməsinə dəstək məqsədi ilə fakültə Fransa səfirliyi tərəfindən lazımi vəsait və avadanlıqla təmin olunub.
Gəncə Dövlət Universiteti Fransanın Şampan-Arden, Ot-Alzasvə Strasburq universitetləri ilə əməkdaşlıq edir. Gəncədən 11 tələbə bu ali tədris ocaqlarında magistr təhsili alıb, 10 müəllim isə kurslarda iştirak edib.
F.Mehdiyev