SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) cümə günü BakınınQaradağrayonu, Sahil qəsəbəsində tikilmiş 2 yeni yaşayış binasındakı mənzillərin açarlarını neftçilərə təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
Şirkətin əməkdaşları üçün inşa edilmiş 1 ədəd 2 bloklu və 1 ədəd 1 bloklu yeni yaşayış binası 12 mərtəbədən, mansarddan və ümumilikdə 204 mənzildən ibarətdir. Ümumi sahəsi 14 min 109,5 kvadratmetr ərazini əhatə edən binaların yaşayış sahəsi 8 min 235,9 kvadratmetrdir.
Bundan başqa, 1 bloklu binanın birinci mərtəbəsində 505,2 kvadratmetr, 2 bloklu binada isə 963,6 kvadratmetrlik qeyri-yaşayış sahəsi var.
Binalarda 24 ədəd birotaqlı, 132 ədəd ikiotaqlı, 36 ədəd üçotaqlı və 12 ədəd dördotaqlı mənzil var.
N.Abbasova