SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azneft” İstehsalat Birliyi “Neft Daşları” yatağındakı quyunu əsaslı təmirdən sonra istismara verib. Bu barədə SOCAR-ın saytında məlumat verilir.
2160 nömrəli quyu 2150 nömrəli özüldən qazılıb.
Təmir işlərindən sonra quyudan sutkalıq hasilat 15 ton neft təşkil edir.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
N.Abbasova