Yunanıstanın keçmiş baş naziri Aleksis Tsiprasın rəhbərlik etdiyi SİRİZA partiyası parlament seçkilərində 35,47% səs toplayıb. Bülletenlərin 99,44%-i hesablandıqdan sonra bazar ertəsi Yunanıstan Daxili İşlər Nazirliyinin saytında dərc edilmiş rəsmi nəticələr belə deməyə əsas verir.
Qərb mətbuatının yazdığına görə, beləliklə, SİRİZA partiyası parlamentdə 145 yer tutacaq.
Sağ mərkəzçi “Yeni Demokratiya” partiyası 28,1% (75 yer), “Qızıl şəfəq” partiyası 7% (18 yer) səs toplayıb.
Seçkilərin yekunlarına əsasən yeni hökumət formalaşdırılmalıdır.