Bəstəkar Üzeyir Hacıbəylinin 1945-ci ildə çəkilmiş "Arşın mal alan" filmi Hollivudda uğurla nümayiş olunub. Bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Film Hollivudun ən qədim “Ricardo Montalban” kinoteatrında təqdim edilib. Nümayişdə sözügedən filmin 2013-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilmiş və rənglənmiş versiyası göstərilib.
Filmin nümayişi Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 130, Rəşid Behbudovun 100, “Arşın Mal Alan” filminin isə 70 illiyinə həsr olunub.
Nümayişdə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, R.Behbudovun qızı Rəşidə Rəşid iştirak ediblər. Onlar təəssürat və xatirələrini qonaqlarla bölüşüblər.
A.Zeydullayeva