Bazar ertəsi SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Təhlükəsizlik İdarəsinin avtomobili qəzaya düşüb. Bu barədə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.
Mətləb Məliklinin idarə etdiyi “Mitsubishi” markalı avtomobil bu gün səhər idarəetməni itirərək arxadan qarşıdakı avtomobilin qoşqusuna çırpılıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində “Mitsubishi”nin sürücüsü hadisə yerində keçinib, SOCAR-ın 2 əməkdaşı Sakit Sadıqov və Rəşad Məmmədov müxtəlif dərəcəli xəsarət alıblar.
R.Babayev