İranlıların əksəriyyəti iyulda ölkənin nüvə proqramına dair imzalanmış sazişi müsbət qiymətləndirir. Bu barədə bazar ertəsi Amerika mətbuatı yazır.
“Sorğunun nəticələrinə əsasən, vətəndaşlarımızın bir çoxu sazişi müsbət qiymətləndirir”, - deyə dünən İran prezidenti Həsən Ruhani Amerikanın CBS telekanalına müsahibəsində bəyan edib.
Amerika KİV-ləri qeyd edirlər ki, bu, saziş imzalanandan sonra İran prezidentinin qərb jurnalistlərinə verdiyi ilk müsahibədir.
Xatırladaq ki, İran və “altılıq” ölkələri (ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Çin və Rusiya) iyulun 14-də Vyanada Tehranın üzərindən sanksiyaların götürülməsi müqabilində İranın nüvə proqramına dair sazişin imzalanmasına nail olublar.