2015-ci ilin birinci yarısı ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $63,28 mln. təşkil edib. Bu barədə Azərbaycan Mərkəzi Bankının saytında 2015-ci ilin yanvar-iyun ayları üzrə tədiyə balansına dair məlumatında qeyd olunur.
Xəbər verildiyi kimi, 2014-cü ilin birinci yarısında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $6 mlrd. 382 mln. təşkil edib. Beləliklə, 2015-ci ilin birinci yarısında profisit təxminən 101 dəfə azalıb.
Tədiyə balansına əsasən, hesabat yarımilliyi ərzində neft-qaz sektoru üzrə profisit $3,899 mlrd. təşkil edib, qeyri-neft sektoru üzrə kəsir isə $3,836 mlrd. olub.
Xəbər verildiyi kimi, 2014-cü il ərzində Azərbaycanda tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $10 mlrd. 430 mln. təşkil edib.
A.Əzizov