Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Argentina Respublikasının xarici işlər nazirinin müavini Eduardo Zuaininin görüşündə ki ölkə arasında sənaye, energetika, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğu qeyd edilib. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
Argentinalı diplomat iki ölkə arasında münasibətlərin dinamik inkiişaf etdiyini vurğulayaraq hökumətlərarası iqtisadi komissiyanın iclasının keçirilməsinin Bakı və Buenos-Ayres arasında ticarət- iqtisadi əlaqələrin intensivləşəcəyinə xidmət etdiyini bildirib.
Azərbaycan ilə Argentina arasında siyasi əlaqələrin inkişafının məmnunluq doğurduğunu deyən qonaq iki ölkə arasında Xarici İşlər nazirlikləri səviyyəsində mütəmadi əsasda keçirilən siyasi məsləhətləşmələrin əhəmiyyətini qeyd edib.
Görüşdə beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Argentina arasında mövcud olan əməkdaşlığın və qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin vacibliyi vurğulanıb.
R.Babayev