Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin çərşənbə axşamı azərbaycanlı veteranlara “Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medallarını təqdim edib.
Rusiya prezidenti Vladimir Putinin tapşırığı ilə Respublika Veteranlar Təşkilatı və onun üzvləri mükafatlandırılıb.
V.Doroxinə isə Respublika Veteranlar Təşkilatının “Veteran həmrəyliyi” medalı təqdim edilib.
Rusiyalı diplomata mükafatı təşkilatın sədri, general-mayor Dadaş Rzayev təqdim edib.