Bu gün Bakıda təhsil naziri Mikayıl Cabbarovun iştirakı ilə Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının təsviri sənət qalereyasının təmirdən sonra açılış mərasimi keçirilib.
Təmirdən sonra qalereya zəruri və müasir avadanlıqla təchiz edilib.
Nazir qalereyadakı şərait və sərgilənən əl işləri ilə tanış olub. Qalereyanın əməkdaşları bildiriblər ki, ekspozisiyada 5-16 yaşlı uşaqların əl işləri nümayiş etdirilir.
Qalereyada 7 salon, həmçinin “Qrafika və rəngkarlıq”, “Rəqəmsal təsvir” dərnəkləri fəaliyyət göstərir.
Qeyd edilib ki, qalereyada şəhər və respublika əhəmiyyətli müsabiqələr, eləcə də ustad dərsləri təşkil edilir.
Açılış mərasimində qalereyadakı dərnəklərdə məşğul olan Bakı məktəblilərinin əl işlərindən ibarət sərgi nümayiş etdirilib.
Uşaq teatrının üzvləri qonaqlara səhnəciklər təqdim edib, mahnı və şeirlər ifa ediblər.
A.Zeydullayeva