Prezident İlham Əliyev İraqın ölkəmizdəki səfiri Heydər Şiya Əl-Barrakı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Azərbaycan-İraq ikitərəfli münasibətlərinin çox yaxşı səviyyədə olduğunu vurğulayan İ.Əliyev ölkələrimizin beynəlxalq səviyyədə əməkdaşlıq etməsini və bir-birinə qarşılıqlı dəstək verməsini yüksək qiymətləndirib.
Prezident ölkələr arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, enerji və digər sahələrdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.
H.Ş.Əl-Barrak qarşıdan gələn Qurban bayramı münasibəti ilə dövlət başçısına və Azərbaycan xalqına təbriklərini çatdırıb. Diplomat ölkələr arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində əlindən gələni əsirgəməcəyini bildirib.
R.Babayev