Milli Məclisin deputatı Sahibə Qafarova sentyabrın 24-25-də Sankt-Peterburqda keçiriləcək Avrasiya Qadınlar Forumunda iştirak edəcək. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
MDB Parlamentlərarası Assambleyasının və Rusiya Federal Məclisi Federasiya Şurasının birgə təşkilatçılığı ilə həyata keçirilən tədbir “Sülh, harmoniya və sosial rifaha doğru” mövzusuna həsr olunub.
Forumda sosial təhlükəsizlik, davamlı inkişaf, tərəqqi naminə beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Forum çərçivəsində bir sıra seminar və dəyirmi masaların keçirilməsi nəzərdə tutulub.
R. Babayev