“Azərkosmos” ASC maliyyə hesabatının beynəlxalq standartlara uyğun auditinin aparılması üçün auditor seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ASC-dən məlumat verilib.
Seçim təkliflər sorğusu üsulu ilə həyata keçirilir.
Sorğuda iştirakda maraqlı olan auditor şirkətlərindən təkliflər oktyabrın 23-dək qəbul edilir. Təkliflərin açılması proseduru oktyabrın 26-da baş tutacaq.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
A.Əzizov