Suriya və İraqdan Avropaya gələn immiqrantlar Parisin onları öz ərazisində yerləşdirməyə hazır olmasına baxmayaraq, nadir hallarda Fransadan sığınacaq istədiklərini bildirirlər. Bu barədə çərşənbə günü “Fiqaro” qəzetinin saytında dərc olunub.
Belə ki, Fransa prezidenti Fransua Olland Almaniyada olan miqrantların bir hissəsini qəbul etməyə hazır olduqlarını bəyan etdikdən 2 həftə sonra yalnız 600-ə yaxın suriyalı və iraqlı köçməyi qərara alıb. Bununla belə, onlardan bəziləri Fransaya gələndən sonra Aİ-nin digər ölkələrinə yollanmaq qərarına gəliblər.
“Fiqaro” qeyd edir ki, suriyalılar və iraqlılar Fransada məskunlaşmaqda məna görmürlər. Bu, xüsusilə onunla əlaqədardır ki, həmin ölkədə sığınacağın verilməsi prosesi orta hesabla 9 ay müddətinə başa gəlir. Bütün bu müddət ərzində immiqrantlara işə düzəlmək qadağan edilir. Bundan başqa, Suriya və İraqdan gələnləri Fransada 10%-i ötən işsizlik səviyyəsi qorxudur. Daha bir amil Fransada çox az sayda Suriya diasporunun olmasıdır. Bu səbəbdən suriyalılar qohumlarının yaşadığı ölkələrə, məsələn, Almaniyaya getməyi üstün tuturlar.