Mərkəzi Seçki Komissiyası (MSK) 2015-ci il noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən 111 nəfərin namizədliyini təsdiq edib. Bu barədə MSK sədri Məzahir Pənahov məlumat verib.
“Bu günə qədər parlament seçkilərində iştirak etmək üçün 1283 nəfər müraciət edib”, - deyə o, MSK-nın çərşənbə günü keçirilən iclasında qeyd edib.
543 nəfərin namizədliyi siyasi partiyalar, 57 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi bloku, 3 nəfərin namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb, 680 nəfər isə müstəqil namizəddir.
“MSK 1127 nəfərin namizədliyini təsdiq edib”, - deyə M.Pənahov bildirib.
İmza vərəqi verilmiş 1104 namizəddən 270 nəfər onları dolduraraq geri qaytarıb.
“ İmza vərəqlərinin təhlili nəticəsində MSK 111 nəfərin namizədliyi təsdiq edib”,- deyə MSK sədri qeyd edib.
Onun sözlərinə görə, MSK 102 müşahidəçini akkreditə edib.
R.Babayev