Bakı cəbhə xəttində insidentlərin araşdırılması mexanizminin yaradılmasını yalnız o halda nəzərdən keçirə bilər ki, bu, Azərbaycan ərazilərinin işğalına bəraət qazandırmasın. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləyib.
“Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistansilahlı qüvvələrinin çıxarılması mexanizminin və planının yaradılması zəruridir”, - deyə nazir AZƏRTAC-a bildirib.
Onun sözlərinə görə, qeyd edilən “insidentlərin” baş verməsinin səbəbi məhz Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğalı və işğal olunmuş həmin ərazilərimizdə Ermənistan silahlı qüvvələrinin mövcudluğudur.