Prezident İlham Əliyev Cənub-Cənub mükafatına layiq görülüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsi, bununla əlaqədar həyata keçirilmiş dövlət proqramları, savadsızlığın və yoxsulluğun minimuma endirilməsi və Minilliyin İnkişaf Məqsədlərinin uğurla həyata keçirilməsi istiqamətində görülmüş tədbirlərə görə prezident İlham Əliyev Cənub-Cənub mükafatı ilə təltif olunub. Azərbaycan prezidentinin layiq görüldüyü mükafatı xarici işlər naziri Elmar Məmmədyarov qəbul edib.
Cənub-Cənub mükafatı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Davamlı İnkişaf üçün Cənub-Cənub İdarəedici Komitəsi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatı və bir sıra BMT-yə üzv dövlətlər, agentliklər və fondlar tərəfindən təsis olunub.
Mükafat BMT-nin hesabatlarına əsasən kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, Minilliyin İnkişaf məqsədlərində əsaslı irəliləyişlərə nail olmuş ölkələrə verilir.