ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə artıq əldə olunmuş qərarların reallaşdırılması və yenilərinin axtarılması prosesinə sadiqdirlər. Bu barədə bazar günü Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Cənab həmsədrlər, ATƏT-in nümayəndəsi, mən çox şadam ki, bizim Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliyə getmək üçün fəaliyyətlərimizi uyğunlaşdırmaq və bu günə qədər görülən işlərə əlavə nəsə edə biləcəyimizə əmin olmaq imkanı yaranıb”, - deyə S.Lavrov ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü açarkən bildirib.
“Həmsədr ölkələrin hər biri bu prosesə sadiqdir, Ermənistan və Azərbaycanla münasibətlərimizi nəzərə alaraq bu istiqamətdə Fransa və ya Amerikanın təşəbbüsündənmi, yaxud Rusiyanın səyləri barədəmi danışacağımızıbilmirəm", - deyə nazir əlavə edib.