2015-ci ilin əvvəlindən 200-dən artıq sağlamlıq imkanları məhdud uşaq Türkiyəyə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu barədə Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib.
“Cari ilin əvvəlindən nazirlik tərəfindən Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzinə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud 215 uşağın ixtisaslaşmış bərpa-müalicəsinə göndərilməsi təmin edilib”, - deyə S.Abdullayev Heydər Əliyev adına Beynəlxalq Hava Limanından daha 30 nəfər sağlamlıq imkanları məhdud uşağın Türkiyəyə müalicəyə yola salınması zamanı qeyd edib.
Onun sözlərinə görə, yanvar-avqust aylarında respublikada əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar 24,866 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin ediliblər.
R.Babayev