Bu gün Bakıda “Şahdağ” Turizm İnformasiya Mərkəzi işə başlayıb.
“Bu informasiya mərkəzinin yaradılmasında məqsəd “Şahdağ” turizm kompleksində otel rezervasiyası prosesinin sadələşdirilməsidir. Bununla yanaşı, burada müştərilər qış turizm avadanlıqları da sifariş edə bilərlər”, - deyə mərkəz direktorunun birinci müavini Rüstəm Nəcəfov bazar ertəsi keçirilmiş açılış mərasimində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, informasiya mərkəzi ölkədəki turizm şirkətlərinin hər biri ilə sıx əməkdaşlıq edir.
R.Nəcəfov onu da əlavə edib ki, müştərilərin şikayət və təklifləri həm informasiya mərkəzində, həm də Qusarda yerləşən kompleksin özündə qəbul ediləcək.
“Təqdim edilən xidmətlərin qiymətləri 20-195 manat arasında dəyişir”, - deyə o vurğulayıb.
A.Zeydullayeva